SON XƏBƏRLƏR

İran məhkəməsi daha iki etirazçı barədə edam qərarı verdi

2024.01.27, 11:49
İran məhkəməsi daha iki etirazçı barədə edam qərarı verdi

İsfahan əyalətinin Səmirom şəhərindən olan qardaşlar Fazil və Mehran Bəhramian edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə məlumat yayan insan haqları müdafiəçiləri qardaşların 2022-ci ilin sentyabr ayından başlayan ümumi etiraz aksiyalarında iştirak etdiklərinə görə cəzalandırıldıqlarını bildiriblər.

Mehran və Fazil Bəhramian İranın cəza qanununda ən ağır ittiham hesab edilən "müharibə"də günahlandırılırlar.

Bundan əvvəl etiraz aksiyalarına qoşulan onlarla məhkum barədə ölüm hökmü çıxarılıb, onlardan 9-u edam edilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İranda ölüm hökmlərinin tətbiqinin kəskin artmasından nigaranlığını bildirib.

O, bir neçə gün əvvəl edam edilən Məhəmməd Qabadlu və Fərhad Səliminin öldürülməsinə toxunaraq, edam hökmünü insan həyatının pozulması olduğunu deyib və İran hökumətindən  bunun dərhal dayandırılmasını istəyib.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar