SON XƏBƏRLƏR

“İranın nüvə silahına çatmasına yol verməyəcəyik”- Netanyahu

2024.01.29, 12:59
“İranın nüvə silahına çatmasına yol verməyəcəyik”- Netanyahu

Baş nazir Britaniyanın “Talk TV” kanalına müsahibəsində İranın nüvə silahı gücünə çevrilməsinə yol verməyəcəyini vurğulayıb.

Gunaz.tv

“Tehran çox aqressiv hərəkət edir və İslami fanatizm düşüncələrinə malikdir. İranın nüvə silahına çatması onları Orta Şərqi ələ keçirmək və dünyaya hakim olmaq niyyətinə sövq edəcək. 

Ona görə də biz bir sıra hərəkətlər edərək İranın nüvə silahına çatmayacağına arxayın olmaq niyyətindəyik”-deyə, baş nazir qeyd edib.

Xatırladaq ki, İran uran zənginləşdirilməsi barədə dünya ictimaiyyətinin xəbərdarlıqlarına məhəl qoymadan həcmini artırır. 

Həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə nüvə proqramı barədə əməkdaşlığını minimuma endirib.

Bu səbəblərdən Netanyahunun həmin  ifadələri yaxan zamanlarda İsrail tərəfindən İranın nüvə təsisatlarında pozuntular edəcəyinə işarədir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar