SON XƏBƏRLƏR

Tehranın azad bazarında dollar yenidən bahalaşdı

2024.01.30, 14:19
Tehranın azad bazarında dollar yenidən bahalaşdı

Son günlər Orta Şərqdə gərginliyin artması fonunda İran pulu dollara nisbətdə yenidən ucuzlaşıb.

Gunaz.tv

Yerli mənbələrin yaydığı məlumata görə, bu gün səhər saatlarında Tehranın azad bazarında 1 dolların qiyməti 59500 tümənə çatıb.

Bu, indiyə kimi tümənin dollar qarşısında qeydə alınan ən ucuz məzənnəsidir.

Bu, ABŞ-ın İrana bağlı silahlı qruplaşmaların hücumlarına qarşı daha ciddi addımlar atacağı ilə bağlı bəyanatından sonraya təsadüf edir.

İqtisadçılar yaxın gələcəkdə İran pulunun dahada dəyərdən düşəcəyini proqnozlaşdırırlar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar