SON XƏBƏRLƏR

İnsan haqları təşkilatları İrana görə BMT-ə müraciət etdi

2024.02.02, 10:15
İnsan haqları təşkilatları İrana görə BMT-ə müraciət etdi

25 insan haqları təşkilatı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının müavini Neda Əl-Naşifin İrana səfərinin ləğv edilməsi tələbi ilə BMT-ə məktub yazıblar.

Gunaz.tv

Məktub insan haqları təşkilatlarının medialarında yayılıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəhbəri Folker Türk və onun müavini Neda Əl-Naşifə ünvanlanan məktubda İranda insan haqlarının vəziyyəti izah edilib.

Məktub müəllifləri Neda Əl-Naşifin İrana nəzərdə tutulan səfərinin insan haqları müdafiəçilərinin nigəranlığına səbəb olduğu qeyd olunub.

ًQeyd edək ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarının müavini Neda Əl-Naşifin fevralın ilk günlərində İrana səfəri planlaşdırılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar