SON XƏBƏRLƏR

Tehran İsrailə qarşı təbliğatda amerikalı porno ulduzdan istifadə edir

2024.02.05, 11:11
Tehran İsrailə qarşı təbliğatda amerikalı porno ulduzdan istifadə edir

Amerikanın məşhur porno ulduzu Uitni Raytin Tehrana səfəri hakimiyyətə qarşı ciddi ittihamların səsləndiriıməsinə səbəb olub.

Gunaz.tv

Uitni Rayt İrana səfəri çərçivəsində paytaxtın müxtəlif əhəmiyyətli obyektlərində o cümlədən Sədabad sarayı və ABŞ-in Tehrandakı keçmiş səfirliyinin binasında çəkdirdiyi hicablı fotolarını paylaşıb.

Bu, həm xaricdə həmdə daxildə olan iranlı sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılamayıb.

Onlar Tehran hakimiyyətinin İsrailə qarşı mövqeyi ilə tanınan Uitni Raytdan özünün hakimiyyət və siyasi-ideoloji təbliğatı üçün istifadə etdiyini yazıblar.

İranlı istifadəçilərin çoxsaylı şikayətləri nəticəsində porno ulduzunun "intagram" hesabında paylaşdığı bir çox postlar silinib.

"O paylaşımların heç bir problemi yox idi, ancaq şəkillər bir qrup radikal və qorxulu qrupların şikayətlərinə görə silindi. Sizlər insanları öldürən İsraili  hayasızcasına müdafiə etdiyiniz halda, məndən paylaşımlarımı silməyi istəyirsiniz. O fotolardan bəziləri insanları quran oxumağa dəvət edən İranın rəhbəri barədə idi",- deyə porno ulduz gileylənib.

İranlı sosial media istifadəçiləri Əli Xamənei və başçılıq etdiyi komandanı ideoloji təbliğat üçün fah...lərdən istifadə etdiyini yazıblar.

Xüsusən iranlı qadınlar Raytı Tehran hakimiyyətinin qadınlara qarşı etdiyi zülmlərə laqeyd yanaşmaqda və şəxsi mənafei üçün mollalarla eyni səfdə dayanmaqda günahlandırıblar.

Porno ulduzun İran İslami Təbliğat Təşkilatı tərəfindən Tehrana dəvət edildiyi bildirilsə də, adı çəkilən təşkilat bununla bağlı açıqlama verməyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar