SON XƏBƏRLƏR

Ağ Evin rəsmisi İranın vurulub-vurulmayacağl ilə bağlı suala cavabdan yayınıb

2024.02.05, 11:17
Ağ Evin rəsmisi İranın vurulub-vurulmayacağl ilə bağlı suala cavabdan yayınıb

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İranın birbaşa vurulması ilə bağlı sualdan yayınaraq daha da çox həmlələrin olunacağını deyib.

Gunaz.tv

Sullivan noyabrın 4-də NBC Nyuz xəbər kanalı ilə müsahibəsi zamanı Amerika tərəfindən İranın daxilində hədəflərin vurulacağı ehtimalını dolayısı ilə təsdiqləyib.

Belə ki, Ağ Ev rəsmisi kanalın aparıcısının İranın vurulub-vurulmayacağı barədə verdiyi suala cavab verməkdən 3 dəfə yayınıb. 

O, həmin sullara cavab olaraq “bir televiziya kanalı proqramında masa üzərində olan variantlar barədə danışmaq istəmədiyini” bildirib.

“ABŞ Orta Şərqdə müharibənin genişlənməsini düşünmür. Ancaq amerikalılara qarşı hər hansı hücuma güclü reaksiya göstərməkdə qərarlıyıq” - deyə Sallivanın vurğulayıb.

Milli təhlükəsizlik müşaviri həmçinin bildirib ki, İranın öz proksi qüvvləri ilə münasibətdə siyasətinin dəyişdiyi barədə hələ heç bir fakt müşahidə olunmayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar