SON XƏBƏRLƏR

Binablı milli fəal Həbs edilib

2024.02.07, 10:00
Binablı milli fəal Həbs edilib

Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan milli-mədəni fəal Səid Minayi həbs edilib.

Gunaz.tv

Bu barədə məlumat yayan fəalın yaxınları, onun fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparıldığını bildiriblər.

Səid Minayinin həbs səbəbləri barədə ailəsinə məlumat verilməyib.

Bununla da son iki gün ərzində Urmu, Rəşt, Təbriz və Ərdəbil şəhərlərində saxlanılan fəalların sayı 5-ə çatıb.

Qeyd edək ki, Səid Minayi Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmu gölü ilə bağlı fəaliyyətlərinə görə, bundan öncə də bir neçə dəfə həbs edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar