SON XƏBƏRLƏR

Müqəddəslərin təhqir olunmasına görə müəssisəyə qarşı iş açılıb 

2024.02.08, 14:56
Müqəddəslərin təhqir olunmasına görə müəssisəyə qarşı iş açılıb 

Tehran şəhəri prokurorluğu müqəddəs şəxsiyyətlərin təhqir olunduğuna görə stəkan, bardaq və ayaqqabı istehsalı edən müəssisəsənin əleyhinə iş açıb.

Gunaz.tv

İran Məhəkəmə Sistemi bildirib ki, “Dicikala” müəssisəsinin məhsulları üzərində müəqqəddəs şiə şəxsiyyətlərinin adları çap olunduğuna görə  prokurorluq müəssisəyə cinayət işi açıb.

Bu səbəbdən Tehran şəhəri Üumi Prokurorluğunda həmin cəmiyyətin əleyhinə iş açılıb. 

Qeyd edək ki, müəssisənin bir sıra stəkanları üzərində xüsusi dizaynla məşhur taxiri şiə şəxsiyyətlərinin adları yer alıb. 

Misal üçün bir stəkanın üzərində qadın karikaturası olmaqla “bu stəkana Fatiməyi Zəhranın ağzı dəyib, lütfən ondan içməyin!” yazılıb. 

“Dicikala” Cəmiyyəti hələ  açılmış iş barədə reaksiya göstərməyib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar