SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İlham Əliyevi təbrik edib

2024.02.09, 11:21
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsindən və İlham Əliyevin bütün rəqiblərini böyük səs fərqi ilə üstələməsindən, qələbə qazanmasından sonra Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Prezidentə təbrik məktubu ünvanlayıb.

Gunaz.tv

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!

"Hörmətli cənab Prezident,

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi adından Sizi 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkilərindəki qələbəniz münasibətilə təbrik edirik. Azərbaycan xalqının bu seçkilərə yüksək qatılımı onların öz qalib liderinə göstərdikləri səmimi güvən və dərin inamın təzahürüdür. Sizin qazandığınız bu möhtəşəm qələbə bir daha göstərir ki, Azərbaycanın hərtərəfli inkişafı, sabitliyi, ölkədə demokratik dəyərlərin və ictimai ədalətin davamlı qorunması Sizin liderliyinizlə gerçəkləşəcək. 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq əminik ki, Sizin siyasi bacarığınız və təcrübəniz sayəsində Azərbaycan uğurla yeni inkişaf erasına keçid etməklə, daha böyük qələbələrə imza atacaq. 

Biz GAMAC olaraq bu məsuliyyətli vəzifənizdə Sizə uğurlar diləyirik və bildiririk ki, bundan sonra da güclü Azərbaycanın inkişafı yolunda apardığınız müdrük siyasətinizi hər zaman qürur və şərəflə dəstəkləyəcəyik".

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi     
8.2.2024

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar