SON XƏBƏRLƏR

İraq İran bankının lisenziyasını ləğv edib

2024.02.09, 14:01
İraq İran bankının lisenziyasını ləğv edib

Royterz XA-nin fevralın 8-i yaydığı xəbərə istinadən İraqın Mərkəzi Bankı İranın Milli Bankının fəaliyyət lisenziyasını ləğv edib.

Gunaz.tv

İran Milli Bankı bu barədə agentliyin sualını cavablandırmaqdan imtina edib. 

İraqın Mərkəzi Bankının İranın Milli Bankı filialına ünvanladığı məktubda deyilir: “Sizin İraqda məruz qaldığınız ziyanları, fəaliyyət məhdudiyyətlərinizi, həmçinin əleyhinizə tətbiq olnan beynəxlaq sanksiyaları nəzərə alaraq sizin fəaliyyətinizə lisenziyanın ləğv edilməsinə qərar verdik”.

Xatırladaq ki, Milli Bank İranın ən böyük bankı hesab olunur. ABŞ Maliyyə Nazirliyi 2018-ci ilə həmin bankı sanksiyalar siyahısına daxil edib. 

Sanksiyaya səbəb kimi “İraqda şiə silahlı qruplara maliyyə dəstəyi” məqsədi ilə həmin bankdan SEPAH-ın istifadə etdiyi bildirilib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar