SON XƏBƏRLƏR

Berlində küçəyə Nərgiz Məhəmmədinin adı veriləcək

2024.02.09, 15:11
Berlində küçəyə Nərgiz Məhəmmədinin adı veriləcək

Almaniyanın Berlin şəhərində İran səfirliyinin yerləşdiyi küçəyə zəncanlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı və siyasi məhbus Nərgiz Məhəmmədinin adı veriləcək.

Gunaz.tv

Bu barədə Aksel Springer Almaniya Fondu məlumat yayıb.

Fondun məlumatına görə, bununla bağlı kampaniya başladılıb və küçənin adının dəyişdirilməsi üçün şəhər rəhbərliyinə müraciət olunub.

Qeyd edək ki, hazırda Tehranın Evin həbsxanasında saxlanılan Nərgiz Məhəmmədi Güney Azərbaycanın Zəncan şəhərindəndir və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar