SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşının İranda saxlanılan övladları ona verilmir

2024.02.14, 12:52
Azərbaycan vətəndaşının İranda saxlanılan övladları ona verilmir

Azərbaycan Respublikasının vətəndaşı Azər Ağayev İrana aparılan 4 övladının taleyindən xəbər tuta bilmədiyini bildirir.

Gunaz.tv

O, bir müddətdir İranda yaşayan 4 övladının geri qaytarılması üçün Xarici İşlər Nazirliyindən kömək istəyir. 

Azər Ağayev deyir ki, həyat yoldaşı internetdə tanış olduğu kişi ilə plan qurub, övladlarını saxta sənədlərlə İrana aparıb.

O, övladlarını geri qaytarmaq məqsədilə ötən ilin noyabr ayından İranda olduğunu, ancaq buna nail ola bilmədiyini söyləyib. 

“Mənə verilən məlumata görə, həyat yoldaşım Xalidə Mehbalıyeva İranda müəyyən qüvvələrlə əməkdaşlığa cəlb edilib. Onun Qasım Süleymani ilə birgə fotoşəkli də var. Məhz elə bu kimi səbəblərdən də İran polisi, məhkəmə şikayətimə baxmır, qaldığım otellərdən qovuluram. Övladlarımı mənə qarşı çeviriblər”,- şikayətçi bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinə, səfirliyə müraciət edib, lakin hələlik nəticəsi yoxdur. Vəkillə təmin edilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar