SON XƏBƏRLƏR

6 aydır ki, güneyli aktivistin körpəsinə kimlik sənədi verilmir

2024.02.15, 12:45
6 aydır ki, güneyli aktivistin körpəsinə kimlik sənədi verilmir

Güney Azərbaycan hüquqları üzrə aktivist Mürtəza Nur Məhəmmədi bu barədə problemi KİV səviyyəsinə qaldırması səbəbindən hakimiyyətin təzyiqlərinə məruz qalıb.

Gunaz.tv

Nur Məhəmmədi 6 ay keçdiyinə rəğmən körpəsinə azərbaycanca ad seçdiyindən hələ də ona kimlik sənədinin verilmədiyini deyib. 

O, bu barədə yenidoğulmuş körpəsinə  “Hunay” adı ilə daxili pasport verilməsinə Sofyan (farsca Sufian) rayonu VVAQ İdarəsinin qarşı çıxdığını bildirməklə insan haqları hüququnun təmin olunması məqsədi ilə həmin vaxt məsələni mediada irəli sürüb. 

Bu səbəbdən ötən ilin avqust ayının 9-da telefon əlaqəsi qurulmaqla onun Şərqi Azərbaycan Əyaləti Sofyan VVAQ İdarəsinə gəlməsi tələb olunub. 

Aktivist İdarəyə gedən kimi onu gözləyən İran hakimiyyətinin təhlükəszilik qüvvələri tərəfindən saxlanılıb. Sonra Təbriz şəhəri Təhlükəszilik İdarəsinə aparılıb. 

İdarənin bir nəfərlik kamerasında 80 gün həbsdə qaldıqdan sonra noyabr ayının 28-də zəmanət qismində mülk sənədi qoyulmaq şərti ilə açılmış işin istintaqı bitirilənədək müvəqqəti sərbəst buraxılıb. 

Qeyd edək ki, Güney Azərbaycanda körpələrə Azərbaycan dilində adların qoyulması xalqda müstəqil kimlik yaratdığına görə hakimiyyət bu məsələyə faktiki qadağa qoyub və mümkün qədər qarşısının alınması üçün müvafiq idarələrə təlimat göndərib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar