SON XƏBƏRLƏR

İran Əfqanistanla sərhəddini bağlayır

2024.02.16, 16:16
İran Əfqanistanla sərhəddini bağlayır

İran şərq və şimal-şərq sərhədlərini bağlamağı planlaşdırır.

Gunaz.tv

Bunu İranın Quru Qoşunlarının komandanı Əmir Kiyumərs Heydəri deyib.

O, Taliban hökumətinin rəsmi Tehranın bu qərarına etirazına münasibət bildirərək, sərhədlərin bağlanması barədə qərarın İranın hüququ olduğunu bildirib.

“Sərhədlərimizi bağlamaq niyyətindəyik - heç kim buna etiraz edə bilməz. Başqaları bizim sərhədlərimiz daxilində nə edəcəyimizi bizə diktə edə bilməz. Bu, təhlükəsizliklə bağlı atılan addımdır. Bunu başqa ölkələr də edirlər. Burada hansısa qonşumuza qarşı haqsızlıq yoxdur”, - o bildirib.

Qeyd edək ki, Tehran hakimiyyətinin bu addımına Taliban hökumətinin sözçüsü Zəbiullah Mücahid münasibət bildirərək, Əfqanıstanın heç bir ölkəyə təhdid olmadığını deyib. O, İran-Əfqanıstan sərhədinin bağlanmasının iki ölkənin razılığı əsasında olmalı olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar