SON XƏBƏRLƏR

“Voll Street Journal": İran ucuz silahların ən böyük ixracatçılarından birinə çevrilib

2024.02.17, 13:06
“Voll Street Journal": İran ucuz silahların ən böyük ixracatçılarından birinə çevrilib

İran ucuz silahların ən böyük ixracatçılarından birinə çevrilib və Tehran hökumətinin ucuz, yüksək texnologiyalı silah müştəriləri ABŞ və onun Yaxın Şərq, Ukrayna və onun hüdudlarından kənardakı tərəfdaşlarının maraqlarına təhlükə törədir.

Gunaz.tv

Bu barədə “Voll Street Journal" ABŞ rəsmilərinə istinadən yazıb.

"İran hökumətinin silah sənayesinin transformasiyası 2022-ci ildə minlərlə pilotsuz təyyarənin Rusiyaya satılması ilə sürətləndi və Ukraynadakı döyüş səhnəsini dəyişdi. Bu, İsrail-HƏMAS müharibəsi ilə eyni vaxtda İran hökumətinə Yaxın Şərqdəki silahlı qruplara dəstəyi artırmağa kömək etdi",- məlumatda bildirilib.

Qeyd edilib ki, İranın ən mühüm silah ixracatı 28 yanvarda İordaniyada üç ABŞ əsgərini öldürmək üçün istifadə edilən "Şəhed" kamikadze pilotsuz uçan aparatıdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar