SON XƏBƏRLƏR

Təbrizdə 21 fevral ana dili günü ilə bağlı aksiyalar keçirilib

2024.02.19, 11:36
Təbrizdə 21 fevral ana dili günü ilə bağlı aksiyalar keçirilib

21 Fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli-mədəni fəallar Təbrizdə mədəni aksiya keçirib, yazılı vərəqələr paylayıblar.

Gunaz.tv

Yazılı vərəqələr və posterlərdə "mənim dilim haqq söylər, dilimi qoparmağa çalışırlar", "dilim ölsə məndə ölərəm" şüarları yazılıb.

Əhali arasında paylanılan və ictimai yerlərə yapışdırılan posterlərdə İran xəritəsi üzərində Azərbaycan bölgəsinin üstünə qıfıl vurulmuş foto təsvir olunub.

Bundan əvvəl 21 Fevral Beynəlxalq Ana Dili Gününün yaxınlaşması ilə əlaqədar Ərdəbil şəhərində uşaqlar arasında Azərbaycan dilində kitablar paylanılıb.

Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 17 dekabr Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar