SON XƏBƏRLƏR

Təbriz və Urmu Universitetlərində ana dili günü ilə bağlı tədbir keçirilib

2024.02.23, 11:46
Təbriz və Urmu Universitetlərində ana dili günü ilə bağlı tədbir keçirilib

Təbrizin Tibb Elmləri Universiteti və Urmu Universitetində 21 fevral beynəlxalq Ana Dili Günü ilə bağlı mərasim keçirilib.

Gunaz.tv

Bu barədə tələbələr sosial mediada məlumat və fotolar paylaşıblar.

Təbrizli tələbələrin "Səhənd" mədəniyyət ocağı və urmulu tələbələrin təşkil etdiyi tədbirdə Azərbaycan dilində kitablar və ana dilində təhsilin vacibliyi ilə bağlı maarifləndirici braşurlar paylanılıb.

Qeyd edək ki, son həftə ərzində "Kimlik qalamız, ana dilimiz" şüarı altında Güney Azərbaycanın müxtəlif bölgələrində mədəni aksiyalar keçirilib, uşaqlara Azərbaycan dilində kitablar paylanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar