SON XƏBƏRLƏR

Traktor Futbol Klubunun Ümid Komandasına hücum olunub

2024.02.27, 14:58
Traktor Futbol Klubunun Ümid Komandasına hücum olunub

Traktor Futbol Klubu Akademiyasının müdiri Kazım Məsudi Ümid Komandası futbolçularının Kirmanşah şəhərində soyuq silahla hücuma və söyüşlərə məruz qaldıqlarını bildirib.

Gunaz.tv

“Traktorun Ümid Komandasının karvanı Besət komandası ilə qarşılaşmaq üçün Kirmanşaha gedib. Stadionun girişində kimlikləri bəlli olmayan 12 nəfər tərəfindən soyuq silahla hucuma məruz qalıblar” - deyə Mahmudi klubun rəsmi mediasına müsahibəsində bildirib. 

O, olay barədə açıqlamasının davamında deyib: Onlar futbolçularımızı döyüb yaralayaraq şəxsi əşyalarını, oyun formaları və ayaqqabılarını götürüb hadisə yerindən yayınıblar”.

Mahmudinin bildirməsinə istinadən hadisə vaxtı polis məmurları, həmçinin Kirmanşah Əyaləti futbol klubu heyəti də stadionda olmayıblar. 

“Ağır yaralar səbəbindən 4 futbolçu - Mehdi Cəfərpur, Əmirəli Nikmehr, Mahdi Abbasi və Suran Kərimzadə TTY avtomobili ilə xəstəxanaya çatdırılıblar” - Kazım Məsudi vurğulayıb. 

Olay səbəbindən görüş reallaşmayıb. Futbol yarışları üzrə mütəxəssilərin fikrincə hadisə “Besət” klubunun yarışdan yayınmaq və qrup cədvəlində tutduğu yerə müsbət təsir məqsədi ilə həmin klub tərəfindən qəsdən planlaşdırılıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar