SON XƏBƏRLƏR

Aclıq aksiyası keçirən məhbus fəalın atası ilə görüşünə icazə verilmədi

2024.02.28, 12:36
Aclıq aksiyası keçirən məhbus fəalın atası ilə görüşünə icazə verilmədi

Tehranın Evin həbsxanasında saxlanılan ərdəbilli milli fəal Mürtəza Pərvinin atası ilə görüşünə icazə verilməyib.

Gunaz.tv

Bu barədə fəalın ailəsi məlumat verib.

Bildirilib ki, M.Pərvinin atası oğlunun aclıq aksiyasının dördüncü günündə onunla görüşmək üçün Ərdəbildən Tehrana gedib.

Evin həbsxanasının prokurorluğu bildirib ki, Mürtəza Pərvin karantin bölməsində saxlanılır və müstəntiqlərin icazəsi olmadığı üçün onunla görüşmək mümkün deyil.

Fəalın telefon danışığı və görüşünə icazə verilməməsi ailəsinin onun səhhəti barədə nigaranlığını artırıb.

Mürtəza Pərvin fevralın 24-dən aclıq aksiyasına başlayıb.

O, barəsində irəli sürülən "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq" ittihamının və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

Ərdəbilli fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təqib və həbs edilib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar