SON XƏBƏRLƏR

Güneyli aktivist müvəqqəti azad olunub

2024.02.29, 14:07
Güneyli aktivist müvəqqəti azad olunub

Güney Azərbaycan milli hərəkatının aktivisti Salar Tahir Əfşar təzminat qismində mülk sənədi qoyuluşu ilə azad olunub.

Gunaz.tv

Aktivist istintaq və təhqiqat prosesinin bitməsinə qədər fevralın 28-də müvəqqəti azad olunub. 

Bu barədə aktivistin bacısı Sevda öz İnstaqram hesabında paylaşım edərək bildirib. 

O, qardaşının 800 milyon tümənlik mülk sənədi qoyuluşu şərti ilə Tehran şəhəri Evin Həbsxanasından azad olunduğunu açıqlayıb. 

Xatırladaq ki, Salar Tahir Əfşar cari fevral ayının 6-i Təhlükəszilik İdarəsinin məmurları tərəfindən Təbriz şəhərində saxlanılmaqla bir müddət sonra Evin Həbsxanasına köçürülmüşdür. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar