SON XƏBƏRLƏR

İran səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

2024.03.01, 12:47
İran səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya ikili Almaniya-İran vətəndaşlığı olan Nahid Təqəvinin müalicəsi bitirilmədən həbsxanaya qaytarılmasına etirazını bildirib.

Gunaz.tv

Nazirlik fevralın 29-da İranın Berlin şəhərində səfirini çağırmaqla həmin vətəndaşın Tehran şəhəri Evin Həbsxanasına qaytarılmasını kəskin qınayıb. 

Nazirlik bu barədə öz “X” hesabında məmulat yayaraq bildirib: “Nahid Təqəvi ağır xəstədir. Ona müalicə üçün verilmiş məzuniyyət qəfıl dayandırılıb. O, vacib olan tibbi müalicələri bu səbəbdən ala bilməyib”. 

Məlumata əsasən 69 yaşlı xanım Təqəviyə müalicə üçün verilmiş məzuniyyət müddəti gələn həftənin ikinci günü bitəcəyinə baxmayaraq fevralın 28-də həbsxanaya qaytarılıb. 

Bu səbəbdən Almaniyanın XİN İran səfirini çağırmaqla hakimiyyətin həmin hərəkətini “onun sağlamlığına açıqcasına laqeydlik” kimi qiymətləndirib. 

Qeyd edək ki, Nahid Təqəvi 2020-ci ilin oktyabrında saxlanılıb. İnsan haqları aktivistlərinin bildirmələrinə istinadən İran hakimiyyəti onu Almaniya dövlətinə təzyiq üçün girov kimi saxlayır.

Xatırladaq ki, Almaniya, Fransa və Britaniya 5+1 qrupunun üzvləri olaraq İranın nüvə proqramı üzrə müzakirə tərəfi kimi çıxış edirlər.

Nazrilik məhbus Nahid Təqəvinin azadlığı istiqamətində cəhdlərini dayanmadan davam etdirəcəyini bildirib.

Taymaz
 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar