SON XƏBƏRLƏR

"Əl-Dürrə yatağı üzrə İran heç bir haqqa malik deyil"- Körfəz ölkələri

2024.03.05, 13:49
"Əl-Dürrə yatağı üzrə İran heç bir haqqa malik deyil"- Körfəz ölkələri

Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ortaq bəyanatla heç bir üçüncü ölkənin Əl-Dürrə qaz yatağı üzrə haqqa malik olmadığını deyiblər.

Gunaz.tv

Martın 3-ü axşam nəşr olunmuş bəyanatda həmin yataq üzrə birgə olaraq ancaq Ərəbistan və Küveytin xüsusi hüquqa malik olduqları vurğulanıb. 

Xatırladaq ki, Tehran Arəş adı ilə tanıdığı həmin yatağın İranın Buşehr dəniz limanı hüdudlarında olmaqla Səudi Ərəbistan və Küveytin şərq sahillərində yerləşdiyini iddia edir.

Qaz ehtiyatı üzrə qiymətləndirməyə istinadən yataqda 570 milyard kubmetr qaz və 310 milyon barel qaz formasında yüngül xammal mövcuddur. 

İran bəyanat barədə mövqe olaraq yataqda 40 faiz haqqa malik olduğunu və haqqının pozulmasına “əsla dözməyəcəyini” bildirib.

Küveyt Britaniyanın Şel (Shell) Cəmiyyətindən geoloqlar dəvət edərək Əl-Dürrə qaz yatağının hüdudlarını müəyyənləşdirmək üçün seysmik əməliyyat aparıb.

Nəticədə müəyyən edilib ki, yataq tamamilə Küveyt və Ərəbistan sularında yerləşir. Qeyd edək ki, həmin iki ölkə danışıqların aparılması məqsədi ilə dəfələrlə İrandan səlahiyyətli şəxslər dəvət ediblər. Lakin Tehran indiyədək bu barədə mövqe bildirməyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar