SON XƏBƏRLƏR

Milli fəal həbsxananın ümumi palatasına köçürülüb

2024.03.06, 10:30
Milli fəal həbsxananın ümumi palatasına köçürülüb

Tehranın Evin həbsxanasının təhlükəsizlik təcridxanasında saxlanılan güneyli milli fəal Səid Minayi həbsxananın ümumi palatasına köçürülüb.

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan Səid Minayi fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Təbrizin təhlükəsizlik təcridxanasında dindirilən milli fəal fevralın 11-də Tehran həbsxanasına köçürülüb.

Qeyd edək ki, Səid Minayi Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmu gölü ilə bağlı fəaliyyətlərinə görə bundan öncə də bir neçə dəfə həbs edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar