SON XƏBƏRLƏR

Urmu gölündə son ekoloji vəziyyət

2024.03.07, 10:49
Urmu gölündə son ekoloji vəziyyət

Urmu gölündə ekoloji vəziyyət və mövsimi yağıntılardan sonra su miqdarı ilə bağlı son statistika açıqlanıb.

Gunaz.tv

Bu barədə İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaciqə açıqlama verib.

"Bu il ilk dəfə olaraq Urmiya gölünün su payı verilib və iki bənddən ğölə su buraxılması nəticəsində Urmiya gölündə su miqdarı 1.5 milyard kubmetrə çatıb",- o bildirib.

Əli Səlaciqənin iki bənddən gölə su buraxılması ilə bağlı məlmatı isə gğlün bərpası layihəsi ilə əlaqəli deyil.

Son yağıntılardan sonra çaylar daşıb və bəndlərdəki suyun miqdarı çoxaldığına görə, toplanan suyun bir hissəsi buraxılıb.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 5 faizini təşkil edir.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar