SON XƏBƏRLƏR

"Ermənistan Xaməneyinin qədrini bilir" - erməni deputat

2024.03.11, 11:42
"Ermənistan Xaməneyinin qədrini bilir" - erməni deputat

Ermənistan Parlamentinin deputatı “İran” rəsmi dövlət xəbər agentliyi ilə müsahibəsində erməni xalqının Əli Xaməneyinin qədrini bildiklərini deyib.

Gunaz.tv

Belə ki, Lilit Qalstyan Qarabağ münqişəsində Azərbaycana qarşı Xaməneyinin Ermənistanı dəstəklədiyi bildirib və İranın yardımlarını vurğulayıb.

“Arxayınlıqla deyə bilərəm ki, Ermənistan xalqının fikrincə, İran rəhbərinin ermənilərin təhlükəsizliyi və sərhədlərinin dəyişməzliyi barədə ifadələri xalqın psixologiyasına çox yaxşı təsir edib” - deyə Qalstyan bildirib.

Xatırladaq ki, İran İslam Respublikası Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında olduğu müddətdə, xüsusilə də 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənsitana silah, informasiya və kəşfiyyat məlumatları ötürməklə həmin ərazilərin azad olunmasının qarşısını almağa çalışıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar