SON XƏBƏRLƏR

İranda tibb bacısı və sağlamlıq standart səviyyədə deyil

2024.03.11, 12:52
İranda tibb bacısı və sağlamlıq standart səviyyədə deyil

İranın Etmad müxalif qəzetinin araşdırmalarına istinadən İran İslam Respublikasında xəstə baxıcısı və ümumi sağlamlıq indeksinin standart səviyyədə olmadığı bildirilir.

Gunaz.tv

Belə ki, sosial cəmiyyətin hər 1000 nəfəri üçün dünya üzrə 3 xəstə baxıcısı düşdüyü bir halda bu rəqəm İran üzrə 1.5 tibb bacısı təşkil edir. Statistikaya əsasən bu göstərici İranda tibb bacısı kadrlarının vəzifələrini yerinə yetirərkən kəskin həvəsdən düşmələri ilə yanaşı xalqın tam tibbi qulluqla təmin ola bilmədiyinə dəlalət edir. 

Həmin rəqəm Norveç üzrə 18, Almaniya üzrə 14 və ABŞ üçün 12 tibb bacısıdır. 

Digər tərəfdən İranın Ümumi Sağlamlıq İndeksinin də ürək açan olmadığı müəyyən edilib. 

Araşdırmaya əsasən Ümumi Sağlamlıq İndeksi Qərbi Avropa ölkələri  üzrə 70-80 faiz, Türkiyə üçün 70, İran üçün isə 53 faizdir.  

Xatırladaq ki, İran səhiyyə nazirinin müavini Səid Kərimi bir müddət əvvəl deyib: “İranda sağlamlıq indeksi Avropa ilə elə də fərqli deyil. Bu məsələni beynəlxalq hesbatlara əsasən araşdırmışıq”. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar