SON XƏBƏRLƏR

Media: "ABŞ və İran Omanda gizli danışıqlar aparıb” 

2024.03.14, 12:19
Media: "ABŞ və İran Omanda gizli danışıqlar aparıb” 

ABŞ və İranın hökumət rəsmiləri son aylarda Omanın paytaxtı Masqatda gizli danışıqlar aparıblar.

Gunaz.tv

Bu barədə "Financial Times" nəşri  məlumat yayıb.

Bildirilib ki, danışıqlardan məqsəd İranın Yəmən husilərinə təsirindən istifadə edərək Qırmızı dənizdəki gəmilərə hücumlara son qoymaqdır.

Eyni halda gizli müzakirədə İranın nüvə proqramını genişləndirməsi ilə bağlı ABŞ-in narahatlığı da ifadə olunub.

Danışıqlarında ABŞ nümayəndə heyətinə Ağ Evin Orta Şərq üzrə müşaviri Brett Makqurk və ABŞ-nin İran məsələləri üzrə nümayəndəsi Abram Peyli və İran #XİN başçısının müavini və baş nüvə müzakirəçisi Əli Baqeri rəhbərlik ediblər. 

Məlumatda qeyd edilib ki, Tehran və Vaşinqton arasında danışıqların ikinci raundu fevral ayına planlaşdırılsa da, ABŞ-nin İsrail və HƏMAS arasında vasitəçilik səyləri səbəbindən təxirə salınıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar