SON XƏBƏRLƏR

İranda fəhlələrin təhlükəsizliyi qaydalarına lazımınca riayət olunmur

2024.03.14, 14:44
İranda fəhlələrin təhlükəsizliyi qaydalarına lazımınca riayət olunmur

Şərqi Azərbaycan Əyalətində fəhlələrin standart təhlükəsizlik qaydalarına riayət olunmadığı səbəbindən ötən 11 ay ərzində 90 fəhlə həyatını itirib.

Gunaz.tv

Bu barədə əyalətin Məhkəmə Tibbi Ekspertiza Baş İdarəsinin direktoru Mehrdad Sitarə IRAN XA ilə müsahibəsində məlumat verib.

“Şərqi Azərbaycanda əmək qəzası nəticəsində ölənlərin sayı 2022-ci ildə 70 nəfər olduğu bir halda ötən 11 ayda 90 nəfərə artıb. ”-deyə  baş direktor bildirib.

Statistikaya əsasən əmək qəzası nəticəsində ölənlərin sayı 29 faiz artıb. Bu isə fəhlələrin əmək vaxtı canlarının qorunması üçün standartların lazım qədər tətbiq olunmadığına dəlalət edir. 

Bu faiz isə ancaq Şərqi Azərbaycan Əyalətində əmək qəzaları barədədir.

Qeyd edək ki, Kooperativ, Əmək və Sosial Təminat Nazirliyinin əmək işləri üzrə şöbə müavini Əlihüseyn Rəriyyəti Fərd iddia etmişdir ki, İranda əmək qəzalarından ölənlərin sattistikası dünya üzrə statistikanın orta miqdardan aşağıdır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar