SON XƏBƏRLƏR

Husilər gəmi hücumlarını Hind Okeanında da edəcəklərini bildiriblər.

2024.03.15, 14:49
Husilər gəmi hücumlarını Hind Okeanında da edəcəklərini bildiriblər.

Husilərin rəhbəri iddia edib ki, Qırmızı Dənizdə gəmilərə həmlələri Hind Okeanı və Afrikanın Ümid Burnuna yayacaq. 

Gunaz.tv

Əbdül Məlik Husi 14 martda husilərə məxsus televiziya kanalında çıxışı zamanı koalisiya qüvvələrinin həmlələri nəticəsində bu qrupun 34 üzvünün öldürüldüyünü bildirib.

“İsraillə əlaqədar gəmiləri vurmaq üçün əməliyyat arenamızı geniş miqyaslı edəcəyik. Bu məqsədlə Hind Okeanı və Ümid Burnundan keçməkdə olan gəmilərinin hərəkətlərinin qarşısını alacayıq” deyə Husi qeyd edib. 

Xatırladaq ki, Əbdül Məlik Husinin bu iddiası həmin qrupun ultrasəs (hipersonic) raketinin uğurlu sınaqdan keçirildiyi ərəfələrə təsadüf edir. 

Lakin hərbi sahə üzrə mütəxəssislər bu növ raketin istehsalına lazım olan texnologiyanın mürəkkəb olduğu və çoxlu vəsait tələb olunduğunu deyərək husilərin bu iddiasına şöbhə ilə yanaşırlar.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar