SON XƏBƏRLƏR

Məşhur mollanın korrupsiya faktı ifşa olundu

2024.03.15, 15:40
Məşhur mollanın korrupsiya faktı ifşa olundu

İranın tanınmış mollalarından və Tehranın cümə imamı olan kazim Sədiqi və övladlarının korrupsiya və mənimsəmə əməlləri ifşa olunub.

Gunaz.tv

Bu barədə iqtisadçı jurnalist Yaşar Sultani məlumat yayıb.

Onun yazdığına görə, "İmam Xomeyni seminariyası"nın balansında olan 4200 kvadratmetrlik bahalı torpaq sahəsi Sədiqi, iki oğlu və gəlini tərəfindən mənimsənilib.

Tehranın ən bahalı bölgələrindən biri olan Əzgüldə yerləşən torpaq sahəsinin qiymətinin 1 trilyon tümən (20 milyon dollar) olduğu bildirilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabatda İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar