SON XƏBƏRLƏR

Azərbaycan rəqsi müəllimi və mədəni fəal məhkəməyə çağırıldı

2024.03.17, 12:44
Azərbaycan rəqsi müəllimi və mədəni fəal məhkəməyə çağırıldı

Təbrizdə yaşayan Azərbaycan rəqsi müəllimi və mədəni fəal Peyman İbrahimi Apelyasiya Məhkəməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə sənətçi özünün sosial media hesabında paylaşım edib.

Onun yazdığına görə, çağırış bundan əvvəl barəsində çıxarılan 22 ay 17 gün həbs cəzası ilə bağlıdır.

Qeyd edək ki, Peyman İbrahimi 26 avqust 2023-cü ildə həbs edilib və 25 oktyabr 2023-cü ildə 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O, "kiber məkanda material və video yaymaqla sistemə qarşı təbliğat aparmaq" və "İran rəhbərini təhqir etmək"də günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar