SON XƏBƏRLƏR

"Traxtur" xallarının sayını artırdı

2024.03.18, 10:00
"Traxtur" xallarının sayını artırdı

Martın 16-da Təbrizin "Traxtur" komandası İran Premyer Liqasının 20-ci həftəsinin oyunları çərçivəsində Qəzvinin "Şəmsazər" komandası ilə qarşılaşıb.

Gunaz.tv

Oyun yerli vaxtla axşam saat 19-da Qəzvin şəhərinin "Sərdar Azadeqan" stadionunda keçirilib.

Təbriz təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb.

Bu nəticədən sonra Təbriz klubu xallarını 38-ə çatdırıb və turnir cədvəlində 3-cü pillədəki yerini qoruyub saxlayıb.

Qeyd edək ki, stadiona toplaşan hər iki komandanın tərəfdarları Azərbaycan dilində milli şüarlar səsləndiriblər.

"Traxtur" komandasının tərəfdarlarının "Azərbaycan" səsinə qəzvinlilər "yaşasın", "türk dilində mədrəsə" şüarına isə "olmalıdır hər kəsə" cavabı veriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar