SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçisi BMT-ə çağırış etdi

2024.03.19, 09:36
Güneyli hüquq müdafiəçisi BMT-ə çağırış etdi

Martın 18-də Cenevrədə BMT-nin İnsan Haqlar Şurasının İranla bağlı Faktaraşdırıcı Komitəsinin iclası keçiriib.

Gunaz.tv

İclasda aazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı  Nərgiz Məhəmmədinin məktubu oxunub.

Nərgiz Məhəmmədi məktubunda BMT-nin Faktaraşdırıcı Komitəsini təqdir edib, İranda insan haqlarının sistemli şəkildə pozulmasını, etirazların genişləndiyini, həm qadınlara, həm də etnik qruplara qarşı repressiyaların artığını vurğulayıb. 

“Gender aparteidinin və hökumətin insanlara qarşı cinayətlərinin görünən və gizli aspektlərinin ifşa edilməsi üçün BMT fəaliyyətini davam etdirməlidir. Bəşəriyyətə qarşı cinayətlər törətmiş insan haqlarını pozan zalım dini rejim hədəfə alınmalı, BMT və bütün dünyada insan haqları təşkilatlarının təzyiqlərini hiss etməlidir"- Nərgiz Məhəmmədi yazıb.

Qeyd edək ki, martın 18-də Cenevrədə BMT İnsan aqları Şurasının Faktaraşdırıcı Komitəsinin iclası keçirilib.

İclasda İran hökumətinin insan haqlarını pozması pislənilib, Tehran rejiminin etirazçılara qarşı repressiyalarının bir sıra hallarda bəşəriyyətə qarşı cinayət səviyyəsinə çatdığı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar