SON XƏBƏRLƏR

Məhbus güneyli aktivistə atası ilə görüşə icazə verilib, digər aktivist Karantın palatasına köçürülüb

2024.03.19, 11:30
Məhbus güneyli aktivistə atası ilə görüşə icazə verilib, digər aktivist Karantın palatasına köçürülüb

“Abbas Lisani” Məlumatlandırma Səhifəsinin bildirməsinə istinadən məhbus Mürtəza Pərvin 1 aydan sonra marın 18-də atası ilə bir neçə dəqiqəlik görüşə bilib. 

Gunaz.tv

Aktivist, həbsdə olduğu Tehran şəhəri Evin Həbsxanasında görüşü zamanı bel nahiyəsi diskində kəskin ağrılar olduğunu, həmçinin həbsxananın 209 nömrəli təcrid palatasından 11 nəfər cinayətkarın saxlanıldığı karantın palatasına köçürüldüyünü deyib.

Məlumata əsasən aktivistin fiziki vəziyyəti 15 günlük aclıq aksiyası keçirdiyinə görə geriləyib. 

Digər güneyli aktivist Bağır Hacızadə ailəsi ilə qısa əlaqə saxlamaqla Təbriz şəhəri Mərkəzi Həbsxanasının karantin palatasına köçürüldüyünü bildirib.

Qeyd edək ki, siyasi məhbusların cinayətkarların saxlanıldığı palatalara köçürülməsi onlara bir növ təzyiq kimi istifadə olunur.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar