SON XƏBƏRLƏR

Güneylilər azərbaycanlılar Cenevrədə aksiya keçirdi

2024.03.19, 11:53
Güneylilər azərbaycanlılar Cenevrədə aksiya keçirdi

Martın 18-də BMT-nin İnsan Haqları Şurasının Jenevrədəki qərarhagı qarşısında bir qrup güney azərbaycanlı hüquq müdafiəçisi aksiya keçirib.

Gunaz.tv

Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK-in rəhbəri Jalə Təbrizi məlumat yayıb.

Aksiyada İran hökumətinin repressiyalarına etiraz edilib, Güney Azərbaycanda həbs olunan milli-mədəni fəalların azadlığı istənilib.

Qeyd edək ki, aksiya BMT İnsan Haqları Şurasının İranla bağlı Faktaraşdırıcı Komitəsinin iclasından sonra baş tutub.

İclasda İran hökumətinin etirazçılara qarşı repressiyalarının bir sıra hallarda bəşəriyyətə qarşı cinayət səviyyəsinə çatdığı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar