SON XƏBƏRLƏR

Həbs edilən təbrizli gənc qeyri-müəyyən vəziyyətdə saxlanılır

2024.03.29, 10:26
Həbs edilən təbrizli gənc qeyri-müəyyən vəziyyətdə saxlanılır

Təbrizin yaxınlığındakı Səhənd şəhərindən olan 17 yaşlı Vəhid Əsgəri harada saxlanıldığı və vəziyyəti barədə ailəsinə məlumat verilmir.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, əlaqədar qurumlar təhlükəsizlik məmurlarının martın 6-da həbs etdiyi Vəhid Əsgərinin həbs səbəbi və ittihamı barədə məlumat verməkdən imtina edir.

Məlumata əsasən Vəhid Əsğəri martın 6-da Təbriz şəhəri Səhənd mikrorayonunda saxlanılıb. 

Qeyd edək ki, təbrizli gənc həbs edildikdən sonra evlərində axtarış aparılıb, ona məxsus telefon və komputer müsadirə edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar