SON XƏBƏRLƏR

İranda gürcü dilinin tədrisinə başlanılıb

2024.04.01, 10:00
İranda gürcü dilinin tədrisinə başlanılıb

İranın İsfahan əyalətinin Buin-Miyandəşt şəhərində gürcü dilinin tədrisinə başlanılıb.

Gunaz.tv

Bu barədə İran televizyası məlumat yayıb.

Boin Miandaşt məktəblərində gürcü dili təhsili layihəsinin icraçısı Möhsün Əkbəri tədrisin 3 ay əvvəldən başladığını deyib.

"Ölkənin rəsmi dili fars dilidir, lakin etnik qruplar öz dilini də öyrənə bilirlər və bu səbəbdən bu il ölkədə ilk dəfə olaraq Buin-Miandəşt məktəblərində gürcü dilinin tədrisinə başlanılıb",- Əkbəri İran televizyasına açıqlamasında bildirib.

O, hazırda 9 orta məktəbdə 250 şagirdin gürcü dilini öyrəndiyini söyləyib.

Əkbəri gürcü dilinin tədrisini İran Konstitusiyasının 15-ci maddəsinə uyğun olaraq başladıldığını deyib.

Qeyd edək ki, İran Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisinə təkid etsə də, 45 il ərzində Azərbaycan türkcəsinin tədrisi ilə bağlı heç bir iş görülməyib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar