SON XƏBƏRLƏR

51 Təşkilat İranda insan haqları ilə bağlı BMT-ə məktub yazdı

2024.04.03, 14:30
51 Təşkilat İranda insan haqları ilə bağlı BMT-ə məktub yazdı

51 İnsan haqları təşkilatı birgə məktubda Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının üzvü olan dövlətlərdən İran üzrə Müstəqil Fakt Araşdırma Komitəsinin və İnsan Haqları üzrə Xüsusi Məruzəçinin İrandakı missiyalarının genişləndirilməsinin lehinə səs vermələrini istəyib.

Gunaz.tv

Onlar məktubda bildiriblər ki, bu, İranda insan haqlarının təsirli şəkildə nəzarətdə saxlanılması və qorunması üçün zəruridir.

Bu qurumlar İranda insanların yaşamaq hüququ, ifadə azadlığı, ədalətli mühakimə hüququ, dini azadlıq hüququ və işgəncədən qorunmaq hüququ kimi əsas hüquqlarının pozulmasının davam etdiyinə işarə ediblər. 

BMT-nin Faktaraşdırıcı Komitəsinin hesabatı İranda insan haqlarını pozanlara qarşı “cəzasızlıq mədəniyyəti"nin geniş yayıldığını, hüquq pozuntularına yol verənlərin məsuliyyətə cəlb olunmadıqlarını qeyd edib.

Hesabatda 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra repressiyaların dahada şiddətləndiyi diqqətə çatdırılıb, ölkəni tərk etməyə məcbur olan insanların çox saylı problemlərlə üzləşdikləri bildirilib.

"Biz indi İranda insanlığa qarşı cinayətlərin tanındığı həssas bir mərhələdəyik və bu, [İslam Respublikasına qarşı] daha çox şahid ifadəsi toplamaq üçün unikal imkan deməkdir",- insan haqları təşkilatlarının məktubunda yazılıb.

Qeyd edək ki, martın 8-də BMT-nin müstəqil faktaraşdırıcı komitəsi İranda 2022-ci ilin sentyabr ayından başlayan etirazlara dair ilk hesabatında bu aksiyaların zorakılıqla yatırıldığını bildirib.

Bu komitə insan haqları təşkilatlarının İran hökumətinin etirazçıları güllələməsi barədə statistikasını təsdiqləyib.

Faktaraşdırıcı komitə qeyd edib ki, təhlükəsizlik qüvvələri tərəfindən 551 etirazçı öldürülüb, onlardan ən azı 49-u qadın, 68-i uşaqdır.

Faktaraşdırıcı komitənin hesabatı bir sıra ölkələr, o cümlədən ABŞ dəstəkləyib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar