SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda silahlı qarşıdurma - SEPAH üzvləri öldürülüb

2024.04.04, 10:13
Sistan və Bəlucistanda silahlı qarşıdurma - SEPAH üzvləri öldürülüb

Aprelin 4-də "Ceyş əl-Ədl" silahlı qruplaşma Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində SEPAH, yarım hərbi "Bəsic" və polis bölmələrinə hücum edib.

Gunaz.tv

Hadisə ilə bağlı yayılan ilkin məlumatlarda 5 SEPAH üzvünün və 5 silahlı bəlucun öldürüldüyü bildirilib.

Bəluc Fəalarının Kampaniyasının yaydığı məlumatda isə onlarla SEPAH üzvünün öldürüldüyü qeyd edilib.

İran Təhlükəsizlik Şurası və Daxili İşlər Nazirliyinin nümayəndələri silahlıların SEPAH və ona bağlı mərkəzlərə hücum etdiklərini təsdiq edib.

Məlumatda silahlıların SEPAH-ın Dəniz Qüvvələrinin bazasına da hücum edildiyini bildiriblər.

Rəsmi məlumatda hücumların dəf edildiyi və silahlıların zərərsizləşdirildiyi deyilsə də, qeyri-rəsmi məlumatlar qarşıdurmanın davam etdiyini iddia edib.

"Ceyş əl-Ədl" silahlı qruplaşması özünün sosial media hesabında, xüsusən, Çabaharın bir neçə bölgəsində atışmaların davam etdiyini bildirib.

Silahlı qruplaşma qarşıdurma olan yerlərin adını qeyd edib və vətəndaşlardan küçələrə çıxmamalarını, evlərində qalmalarını istəyib.

Qarşıdurma baş verən bölgələrdə, xüsusən Çabaharda SEPAH və təhlükəsizlik qüvvələrinin yolları bağladığı, havaya hərbi helikopterlər qaldırığı bildirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar