SON XƏBƏRLƏR

ABŞ, Aİ və Ermənistan görüşü regionda proseslərə ciddi təsir edəcək

2024.04.05, 11:20
ABŞ, Aİ və Ermənistan görüşü regionda proseslərə ciddi təsir edəcək

Bu gün Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın 3 tərəfli formatda görüşü keçiriləcək. Bu görüş regiondakı proseslərə ciddi mənada təsir edəcək.

Gunaz.tv

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib: “Bu onu göstərir ki, Prezident İlham Əliyevin nüfuzuna böyük hörmətlə yanaşırlar. Prezident qəti və prinsipial şəkildə bildirdi ki, bu görüşdə bizi narahat edən cəhət bu görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, Ermənistanla keçirilən hərbi təlimlər, Avropanın Sülh Fondu tərəfindən Ermənistana maliyyə yardımı göstərilməsi məsələlərinin müzakirə olunmasıdır. Bu, regiona sülh gətirmir, çox ciddi problemlərin yaranmasına şərait yaradır. Ümid edirik ki, onlar Prezidentin bu məsələlərlə bağlı prinsipial mövqeyini nəzərə alacaq və Azərbaycan əleyhinə heç bir qərarın qəbul edilməsinə yol verməyəcək” - deyə millət vəkili qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar