SON XƏBƏRLƏR

“Vaxt keçmədən xalqın sözünü dinləyin, sonra gec olar”- Moləvi Əbdülhəmid

2024.04.05, 16:44
“Vaxt keçmədən xalqın sözünü dinləyin, sonra gec olar”- Moləvi Əbdülhəmid

Zahidan şəhəri sünni icmasının imamı Moləvi Əbdülhəmid aprelin 4-ü cümə namazı xütbələrində İran hakimiyyəti rəsmilərinə xalqı dinləməyi tövsiyə edib.

Gunaz.tv

Moləvi hər hansı çaxnaşma və qan töküləməyə qarşı çıxıb və xalqın istəyinin hakimiyyət tərəfindən dinlənməsinin vacib olduğunu deyib. 

O, Sistan və Bəluçistan Əyaləti Rask və Çabahar şəhərlərində hökumət qüvvələri ilə silahlı qarşıdurmaya toxunaraq deyib: “əyalət və ölkənin rəsmiləri qulaqlarını eşidən, gözlərini görən etməli və problemləri danışıqlar yolu ilə aradan qaldırmalıdırlar”.

Xatırladaq ki, aprelin 4-ü İrannın intizam qüvvələri və ordusunun Ceyş-ül-Ədl Qrupu ilə silahlı qarşıdurmada hakimiyyətin azı 11  qüvvəsi və qrupunun azı 18 üzvü ölüb.

Moləvi çıxışının davamında deyib: “ danışıqlar və əməl etmək problemlərin həllinə yardım edər. Ən qatı düşmənin də sözü eşidilməli və haq sözdürsə razılaşmaq lazımdır. Vaxtı itirmədən xalqı eşidin, sonra gec olar”.

Sünni lider sözlərinin sonunda xalqın istəklərinin bir müddət əvvəl reformasiya olduğunu, lakin bunun dinlənmədiyinə görə indi daha böyük tələblərə çevrildiyini deyib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar