SON XƏBƏRLƏR

İran Ceyş-ül-Ədl qruplaşmasının hücumunun qınanılmasını tələb edib

2024.04.06, 13:11
İran Ceyş-ül-Ədl qruplaşmasının hücumunun qınanılmasını tələb edib

İranın BMT-də elçisi qurumdan Ceyş-ül-Ədl qruplaşmasının hücumunun qınanılması barədə qətnamə çıxarılmasını tələb edib.

Gunaz.tv

Səidəmir İrəvani BMT-nin Təhlükəsizlik Şurasına rəsmi məktub ünvanlayaraq Ceyş-ül-Ədl qrupunun Rask və Çabahar şəhərlərində İran qüvvələrinə həmləsinin pislənilməsini tələb edib.

Xatırladaq ki, aprelin 4-ü İrannın intizam qüvvələri və ordusunun Ceyş-ül-Ədl Qrupu ilə Sistan və Bəluçistan Əyaləti Rask və Çabahar şəhərlərində silahlı qarşıdurmada hakimiyyətin azı 11  qüvvəsi və qrupun azı 18 üzvü ölüb.

Ceyş-ül-Ədl Qrupu İran, Pakistan və ABŞ tərəfindən terrorist elan olunub. Qrup İranda dəfələrlə geniş miqyaslı əməliyyat keçirib. 

Həmçinin bəyanat nəşr edərək Rask və Çabahar şəhərlərinə həmləsi barədə cavabdehliyi üzərinə götürüb. 

Qeyd edək ki, Sistan və Bəluçistan Əyalətinin digər hissəsi Pakistanda yerləşir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar