SON XƏBƏRLƏR

Argentina məhkəməsi İranı bəşəriyyətə qarşı cinayətdə ittiham edib

2024.04.12, 10:28
Argentina məhkəməsi İranı bəşəriyyətə qarşı cinayətdə ittiham edib

Məhkəmə 1992-ci ildə İsrailin Buenos-Ayresdə Səfirliyinə və 1994-cü ildə Argentina Yəhudilərinin Mərkəzinə ölümlə nəticələnən həmlələr səbəbindən İranı bəşəriyyətə qarşı cinayətdə ittiham edib.

Gunaz.tv

Fransa XA Argentina mediasına istinadən yaydığı xəbərdə məhkəmədə yetərincə sübutlar olduğunu deyib. 

Bildirilib ki, İran və “şiə terrorist hərəkatı olan Livan Hizbullahı” əməkdaşlıq edərək yəhudilərin AMIA (Asociacion Mutual Israelita Argentina) mərkəzinə bomba yerləşdirməklə ölkədə ən ölümcül terror aktını törədiblər. 

Bu səbəbdən İran hakimiyyəti bir “terrorist dövlət” və “bəşəriyyətə qarşı cinayət” amilidir. 
عکس مربوط به انفجار مرکز یهودیان در پایتخت آرژانتین در سال ۱۳۷۳

Xatırladaq ki, 1994-cü ildə yəhudilərin mərkəzinə qoyulmuş bomba nəticəsində 87 nəfər ölüb, 300-dən artıq vətəndaş yaralanıb. Həmçinin 400 mağaza və ev xəsarət alıb. 

Məhkəmə bildirib ki, bu həmləni İran planlaşdırıb, Hizbullah isə icra edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar