SON XƏBƏRLƏR

Rəisi Pakistanlı həmkarına zəng edib 

2024.04.13, 10:00
Rəisi Pakistanlı həmkarına zəng edib 

Aprelin 12-i axşam saatlarında İran Prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdariyə zəng edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Rəisi hegemon dövlətlərin Pakistan və İran arasında münasibətlərdə nifaq və qeyri-sabitlik yaratmağa, iki ölkənin xalqını qiyama təhrik etməyə çalışdıqlarını iddia edib.

İran prezidenti Tehran və İslamabad arasında təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini istəyib. 

İbrahim Rəisinin telefon zəngi Pakistanın İrana bağlı radikal şiyələrdən ibarət "Zeynəbiyyun" qruplaşmasını terror təşkilatı elan etməsindən 1 gün sonraya təsadüf edir.

İslamabad həmin qrupu ölkənin əmin-amanlığını və təhlükəsizliyini pozan təşkilat olduğu üçün onun fəaliyyətini qadağan edib. 

Qeyd edək ki, "Zeynəbiyyun" İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar