SON XƏBƏRLƏR

Dünya İranın mahiyyətini çox yaxşı anlayır - Qallant

2024.04.13, 11:00
Dünya İranın mahiyyətini çox yaxşı anlayır - Qallant

İsrail və ABŞ terrora qarşı mübarizədə birlikdədir - indi dünya İranın kim olduğunu çox yaxşı anlayır.

Gunaz.tv

Bunu İsrailin müdafiə naziri Yoav Qallant ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla ilə görüşdən sonra X hesabında qeyd edib.

“Biz ən yaxşı müdafiə sistemləri ilə hazırıq. Dünya Yaxın Şərqdə terroru dəstəkləyən və maliyyələşdirən, indi də İsraili hücumla hədələyən İranın əsl üzünü görür. Biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək quruda və havada özümüzü müdafiə etməyə hazırıq və necə cavab verəcəyimizi bilirik”, - deyə o bildirib.

Qeyd edək ki, İranın İsrailə hücum barədə bəyanatlarına cavab olaraq ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkəsinin İsrailə dəstək verəcəyini bəyan edib.

"İsrail İslam Respublikasının mümkün hücumuna qarşı Vaşinqtonun bu ölkəyə tam dəstək verəcəyinə əmin ola bilər",- o, israilli həmkarı Yoav Qallantla danışığı zamanı bildirib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar