SON XƏBƏRLƏR

"Qadınlara şiddət şəriət qanunlarına uzlaşmır"-Moləvi Əbdülhəmid

2024.04.20, 11:00
"Qadınlara şiddət şəriət qanunlarına uzlaşmır"-Moləvi Əbdülhəmid

Zahidan şəhəri sünni icmasının imamı aprelin 19-da cümə namazı xütbələri zamanı İran hakimiyyətinin qadınlara göstərdiyi şiddətin şəriət qanunlarına uzlaşmadığını deyib.

Gunaz.tv

Moləvi Əbdülhmid məcburi hicaba qarşı çıxan qadınlara İslama Çağırış (İrşad) Nazirliyi patrul xidməti məmurlarının göstərdiyi şiddəti ürəy ağrıdıcı adlandırıb.

“Bu hərəkətlər şəriətə uzlaşırmı? Qadınları, kişiləri saxlayır, nalayiq sözlərlə döyə-döyə aparıb istintaqa çəkirlər. Həbsxanalarda qadınlara göstərilmiş şiddətləri açıqlayın. 

Bu hərəkətrlər şəriətə uyğundursa məni də başa salın”- deyə Möləvi vurğulayıb.

Sistan və Bəluçistan Əyalətinin tanınmış sünni lideri İran hakimiyyətinə təkliflər edib. 

“Qadınlar düşünürlər ki, cəmiyyətdə layiqli yerlərini tutmağa şərait yaradılmır. 

Bu barədə müvafiq alimlər və universitet müəllumləri ilə məsləhətləşmə aparılmalıdır. 

Qadınlar çoxlu probemlər və ayrı seçkiliklərlə üzləşirlər” sünni lider Möləvi Əbdülhəmid bildirib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar