SON XƏBƏRLƏR

İranın Çabahar, Kirman və Kərəc şəhərlərində 9 məhbus edam olunub

2024.04.22, 11:27
İranın Çabahar, Kirman və Kərəc şəhərlərində 9 məhbus edam olunub

Sistan və Bəlucistan Əyalətinin xəbərlərini yayan “Halvş” internet səhifəsinin bildirdiyinə görə aprelin 21-də əsasən əyalətin Çabahr şəhəri həbsxanasında 2 məhbus edam olunub.

Gunaz.tv

Səhifə həmçinin Kirman Əyalətinin Kirman şəhəri həbsxanasında milliyyətcə 5 bəluc məbusun edam olunduğunu bildirib.

Həmçinin HRANA insan haqları üzrə xəbər portalı Əlbürz Əyaləti Kərəc şəhərinin Qızıl Hisar Həbsxanasına 2 məhbusun edam olunduğu barədə məlumat yayıb. 

Həmin 9 məhbusun narkotik maddələrlə əlaqədar edama məhkum olunduqları bildirilir. 

Onlar edam qərının icrası məqsədi ilə aprelin 19-u ümumi palatadan həbsxana kamerasına köçürülüb və dar qurğusundan asılmaq üsulu ilə edam olunublar.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar