SON XƏBƏRLƏR

Qaşqay fəal həbs edildi

2024.05.11, 12:16
Qaşqay fəal həbs edildi

Qaşqay türklətrinin fəallarından olan Fazil Vəziri həbs edilib.

Gunaz.tv

Bu barədə qaşqayların media orqanı olan "Baydaq News" məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məmurları türk fəalı Fars əyalətinin Sədra şəhərində həbs ediblər.

Onun nədə ittiham olunduğu və harada saxlanıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar