SON XƏBƏRLƏR

Rəisiyə görə beş günlük matəm elan edildi

2024.05.20, 12:51
Rəisiyə görə beş günlük matəm elan edildi

Prezident İbrahim Rəisi və onu müşayiət edənlərin həlak olması ilə əlaqədar İranda beş günlük matəm elan edilib.

Gunaz.tv

Bunu İranın lideri Əli Xamenei deyib.

Bununla yanaşı İrana bağlı Livanın Hizbullah terror qruplaşmasının təziyi nəticəsində Livanda da 3 günlük matəm elan edilib. 

İbrahim Rəisi və onu müşayiət edənlərin meyitləri Təbrizə gətirilib və onlarla vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar