SON XƏBƏRLƏR

Milli fəal məhkəməyə çağırılıb

2024.05.23, 13:13
Milli fəal məhkəməyə çağırılıb

Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan milli fəal Səid Minayi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə fəal özünün sosial media hesabında paylaşım edib.

Bu məhkəmə müxalif siyasi fəala qarşı ağır hökmlər çıxarmaqla tanınan Əbülqasim Salvatinin sədrliyi ilə keçirlir.

Bundan əvvəl, o, Tehran Ümumi və İnqilab məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 5 saylı şöbəsinə çağırılmışdı. Minayi həmin məhkəmədə özünü "İranın daxili və xarici təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamından müdafiə etmişdi.

Milli fəal Telegram kanalında bildirib ki, "ədalətli mühakimə hər bir insanın əsas hüququdur, vicdan və siyasi müttəhimlər və millətin hüquqlarını tələb edənlər üçün bu haq tanınmır."

Qeyd edək ki, binablı fəal fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib,Təbrizin təhlükəsizlik təcridxanasında dindirildikdən sonra fevralın 11-də Tehran həbsxanasına köçürülüb.

O, mart ayının 13-də 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar